Azərbaycan şirkəti ilk dəfə Avropaya şüşə butulka ixrac edib

Bakı. Trend:

“Glassica” QSC ilk dəfə Rumıniya və Moldovaya 250 mindən çox
şüşə qab (butulka) ixrac edib.

Trend xəbər verir ki, bu barədə bu gün mediatur zamanı QSC-nin
korporativ direktoru Emil Əsgərov jurnalistlərə deyib.

O, müəssisənin illik istehsal gücünün 20 milyon manatdan çox
investisiya ilə 60-90 milyon ədəd müxtəlif rəngli şüşə qab
(butulka) olduğunu qeyd edib.

“Glassica” QSC hazırda Azərbaycanın şüşə qablara tələbatının
30-40 faizini təmin edir. Biz bu ilin mart ayında Sumqayıt Kimya
Sənaye parkı ərazisində daha bir zavod inşa etməyi planlaşdırırıq.
Onun istehsal gücü indiki zavoddan üstün olacaq, investisiya dəyəri
isə 60 milyon manat təşkil edəcək. Zavod təqribən 14 ay ərzində
inşa olunacaq”, – Əsgərov deyib.

O həmçinin, müəssisənin yaradılması ilə iki xarici və beş yerli
şirkətlə məhsul satışına dair razılaşma imzalandığını əlavə
edib.

Qeyd edək ki, hazırda müəssisədə 140 nəfər daimi iş yeri ilə
təmin olunub. Müəssisə fəaliyyətə başladığı tarixdən üç milyondan
artıq şüşə qab istehsal edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir