“Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiya-məsləhət xidmətləri göstərilir

Bakı. Trend:

“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o
cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin
müxtəlif istiqamətlərinə dair informasiya və məsləhət xidmətləri
göstərilir.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, fermerlər aqrar sahə ilə bağlı informasiya və
məsləhət xidməti üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM),
Xaçmaz və Yevlax KOB evləri, regional ASAN xidmət mərkəzləri ilə
yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.

“Bakı KOB evi”ndə sahibkarlara kənd təsərrüfatı texnikalarının,
gübrə və pestesidlərin satışı, aqrotexniki xidmətlərin
göstərilməsi, subsidiyaların verilməsi, güzəştli maliyyələşmə,
dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması proseduru və
elektron portaldan istifadəyə dair informasiya və məsləhət
xidmətləri təqdim olunur.

Sahibkarlar aqrar sahədə informasiya və məsləhət xidmətləri üçün
həftəiçi 5 gün (saat 09.00-dan 18.00-dək) “Bakı KOB evi”nə müraciət
edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir