Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı
banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində
nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam
edir.

Bank bu dəfə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə
Azərbaycanda kiçik sahibkarlığın, eləcə də qadın sahibkarlığının
dəstəklənməsi məqsədilə 40 milyon ABŞ dolları həcmində kredit
sazişi imzalayıb. Qeyd edək ki, bu, son illər beynəlxalq maliyyə
təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük
kredit müqavilələrindən biridir.

Layihə IFC-nin
Qadın sahibkarları üçün maliyyə təşəbbüsü və
Qadın sahibkarları üçün imkanlar proqramı tərəfindən
dəstəklənir. Layihənin əsas məqsədi post-pandemiya dövründə
iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və
orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların
kreditləşməsini genişləndirməkdir.

Bankımızın fəaliyyət strategiyasında real sektorun, xüsusən
də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi əsas
hədəf olduğundan, bu sahənin inkişafına xüsusi diqqət göstəririk.
Əminik ki, dünyanın aparıcı maliyyə qurumlarından olan IFC-nin
strategiyamıza inam göstərərək dəstəkləməsi, “Bank Respublika”nın
qarşıya qoyduğu hədəflərə uğurla çatmasında öz müsbət töhfəsini
verəcək
,” – deyə “Bank Respublika”nın İdarə Heyətinin
sədri Tariyel İsmayılov qeyd edib.

Qlobal miqyasda pandemiya məhz kiçik bizneslərə, xüsusilə
qadın sahibkarlarına daha ciddi təsir göstərdi. Azərbaycan da
burada istisna deyil. IFC-nin maliyyə paketi “Bank Respublika”ya bu
zəruri biznesləri dəstəkləməyə kömək edəcək, o cümlədən maliyyə
sektorunun dayanıqlığını artırmağa və post-pandemiya dövründə
iqtisadiyyatı canlandırmaq səylərini möhkəmləndirməyə öz töhfəsini
verəcək
,” – IFC-nin Avropa üzrə regional direktoru
Rəna Karadşeh qeyd edib.

IFC-nin ayırdığı maliyyə vəsaitləri, MKOS-lar üçün maliyyə
əlçatanlığını və iqtisadiyyatın rəqabətə davamlılığını artırmaq
kimi məqsədlər güdən Dünya Bankı Qrupunun Azərbaycan üzrə
strategiyasına uyğundur. O, həmçinin “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan kiçik
biznesləri dəstəkləyərək iqtisadi artımı sürətləndirmək və iş
yerlərin yaradılmasını təşviq etmək kimi vəzifələrlə uzlaşır.

Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə
Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC
Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir
sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ
dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73
milyon dollar) məbləğində investisiyalar edib. Bundan əlavə,
IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə
təxminən 100 milyon dolları məbləğində ticarət dövriyyəsini
dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa
edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl
bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət
xidmətləri layihələrini icra edib.

IFC haqqında

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı
Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun
artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox
ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq
inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq.
2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə
və maliyyə müəssisələrinə 32.8 milyard ABŞ dolları məbləğində
rekord maliyyə ayırmış, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə
böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa
son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən
istifadə etmişdir. Daha ətraflı məlumat üçün internet saytımızla
tanış olun:
www.ifc.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir