
“Barselona” “Real Sosyedad”ı məğlub edərək İspaniya Kubokunun yarımfinalına yüksəlib
Bakı. Trend:
Bu gün İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində
“Barselona” və “Real Sosyedad” klubları qarşılaşıb.
Trend xəbər verir ki, oyun “Barselona”nın 1:0 hesablı qələbəsi
ilə yekunlaşıb. Oyunda yeganə qolu Usman Dembele vurub.
Beləliklə, “Barselona” İspaniya Kubokunun yarımfinal mərhələsinə
yüksəlib.