
Baş Prokurorluq Dövlət Gömrük Komitəsində korrupsiya əməliyyatı keçirir
Bakı. Trend:
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat
keçirir.
Trend-in məlumatına görə,
hazırda əməliyyat tədbirləri davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə təsdiq
ediblər.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.