Bu il “Şahdəniz” yatağından hasilat pik həddə çata bilər

Bakı. Trend:

bp Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağında hasilatın bu
il pik həddə çatacağına ümid edir.

Trend-in məlumatına görə, bu barədə bp şirkətinin Yaxın Şərq və
Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

“Şahdəniz” yatağında ötən il hasilat proqnozlardan yüksək olub.
Buna baxmayaraq, hasilat pik həddə çatmayıb. Lakin biz istehsalı
artırmağa davam edirik, əməliyyatların effektivliyi 99 faiz təşkil
edir. Ötən il qiymətlər yüksək olduqda yataqdan illik istehsal
plandan yüksək olub ki, bu da istər investorlar üçün, istərsə də
ölkə üçün əlavə gəlirlər deməkdir”, – o deyib.

B.Aslanbəyli bu tendensiyanın bu il də davam edəcəyini qeyd
edib.

“Ümid edirik ki, bu il istehsalın artım tempini qoruyub
saxlamağa və pik həddə çatdırmağa nail olacağıq”, – o əlavə
edib.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir