Bu torpaqlarda tikint qadağan edilir

Bakı. Trend:

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri,
yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər
(əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Aqrar
siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənəddə qeyd edilir ki, yay və qış otlaqları (qış otlağının 3
faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla),
örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir.

Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və
biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su
mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub
saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə
riayət etməlidirlər.

Qeyd edək ki, hazırda qanunvericilikdə tikinti ilə bağlı
tələblər əksini tapmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir