Cəbrayılda günəş elektrik stansiyasının texniki və kommersiya parametrləri üzrə razılaşdırma yekunlaşıb – bp

Bakı. Trend:

Bu il ərzində bp tərəfindən Cəbrayılda günəş elektrik
stansiyasının tikilməsi layihəsinin texniki və kommersiya
çərçivələrinin razılaşdırılması bitdikdə biz investisiya qərarı
haqda danışa bilərik.

Bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda
Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli Trend-ə deyib.

“Bildiyiniz kimi, ötən illər ərzində biz razılaşma imzalamışıq.
Layihə üzrə işlər davam edir. Demək olar ki, texniki və kommersiya
parametrlərinin razılaşdırılması bitib. Ərazi minalardan
təmizlənir. Bu il ərzində layihənin texniki və kommersiya
çərçivələrinin razılaşdırılması bitdikdə biz investisiya qərarı
haqda danışa bilərik”, – o deyib.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir