
D230 strukturu üzrə seysmik məlumatların təfsiri bitmək üzrədir – Bəxtiyar Aslanbəyli
Bakı. Trend:
D230 strukturu üzrə seysmik məlumatların təfsiri bitmək
üzrədir.
Bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda
Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli Trend-ə deyib.
“Bundan sonra gələcəkdə kəşfiyyat quyusunun qazılması və qazma
yeri barədə qərar qəbul ediləcək. Qazma fəaliyyəti kifayət qədər
geniş əhatəlidir, lakin sərhədsiz deyil, çünki bu, ciddi
investisiyalar tələb edir. Biz bu gün istər D230 blokunda, istərsə
də “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında kompleks
şəkildə, prioritet və investisiyaların effektivliyi
nöqteyi-nəzərindən baxırıq”, – o deyib.
Xəbər yenilənəcək