“DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq müsabiqəsi elan edilir

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil
Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan
Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai
Sənət Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev
ili” elan edilməsi çərçivəsində “DÜŞÜN VƏ YARAT !” adlı yaradıcılıq
müsabiqəsi elan edilir.

Düşüncənin inkişaf etdirilməsi məqsədilə keçiriləcək müsabiqəyə
yaradıcılıq nümunəsi kimi ideyasını əks etdirən təsvir və tətbiqi
sənət nümünəsi ilə yanaşı, bir texnoloji sistem təqdim etməklə
qatılmaq olar.

Müsabiqədə iştirak etmək üçün 2023-cü il 10 fevral tarixinədək
Bakı Xətai Sənət Mərkəzinin “Facebook” qrupuna daxil olub,
(https://www.facebook.com/groups/144172178999749/?ref=share)
təqdim edəcəyi əsərin fotosu ilə bərabər əsərin texnikası,
materialı, adı, müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı
məktəb və əlaqə nömrəsini yerləşdirməklə qoşulmaq mümkündür.

Qeyd edək ki, müasbiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə
bilər

Ölçü və texnika sərbəstdir.

✓ İştirakçı bir və ya iki əsəri təqdim edə bilər.

✓ Əsərlər tək-tək yerləşdirilməlidir.

✓ Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas
götürüləcək.

✓ Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük
veriləcək.

✓ Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

✓ I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq
üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

✓ Nümayiş olunan əsərlər geri qaytarılır

✓ Əlavə suallar və ya seçimlərindən narazı olanlar seçimlərin
elan olunduğu vaxtdan 3 iş günü ərzində (051) 310 74 01 (whatsapp)
nömrəsinə müraciət edə bilərlər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal
tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə
ilə təltif olunacaqlar.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir