
Gömrük xətti ilə büdcəyə daxilolmalardakı artım açıqlanıb
Bakı. Trend:
2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə
Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 2021-ci illə müqayisədə
30,2 faiz və ya 1,312 milyard manat artıb.
Komitədən Trend-ə verilən məlumata görə, hesabat dövründə
daxilolmalar 5,654 milyard manatdan yuxarı olub (2021-ci ildə
təqribən 4,434 milyard manat təşkil edib).
Beləliklə, 2022-ci ildə gömrük rüsumlarından dövlət büdcəsinə
daxilolmalar 2021-ci illə müqayisədə 17,8 faiz artaraq 1,42 milyard
manat təşkil edib.
“ƏDV üzrə daxilolmalar dörd milyard manatı keçib (36,6 faiz
artım), aksizlər üzrə isə 3,5 faiz artaraq 168,897 milyon manata
çatıb”, – Komitədən bildiriblər.
Xatırladaq ki, 2021-ci ildə Dövlət Gömrük Komitəsi dövlət
büdcəsinə daxilolmalar üzrə proqnozu 111,29 faiz yerinə yetirib.
Dövlət büdcəsinə daxil olan məbləğ proqnozdan 440,37 milyon manat
yuxarı olmaqla 4,434 milyard manata çatıb.