“Google” zəlzələlər haqqında əvvəlcədən məlumat göndərir

Bakı. Trend:

“Google” Zəlzələ Xəbərdarlıq Sistemi Türkiyədə baş verən
zəlzələni əvvəlcədən bildirib. Zəlzələdən 10-15 saniyə əvvəl sistem
tərəfindən göndərilən xəbərdarlıq bildirişi sosial mediada da bir
çox insan tərəfindən paylaşılıb.

Trend-in məlumatına görə, sistemin xəbərdarlıq bildirişi
göndərməsi üçün cihazdakı məkanda aktiv olmalıdır. Çünki bu sistem
həm də ətrafdakı hər hansı vibrasiyanı aşkar etmək üçün məkan
məlumatından istifadə edir.

“Google” “Android” üçün Zəlzələ Xəbərdarlığı Sistemini
aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək
kifayətdir;

1) Parametrlər,

2) Məkan,

3) İnkişaf etmiş,

4) Zəlzələ Xəbərdarlıqları.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir