
İstehlaka yararsız qida məhsulları məhv edilib
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin
edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə
sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, “AZ FP CO LTD” MMC
tərəfindən Agentliyə daxil olan müraciət əsasında, istehlaka
yararsız və istifadə müddəti bitmiş 73 adda, 13,1 ton müxtəlif növ
süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların
zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq
tədbirlər həyata keçirir.