İsveç Türkiyə ilə üçtərəfli memoranduma sadiqdir – Müdafiə Nazirliyi

Bakı. Trend:

İsveç NATO-nun Madriddə keçirilən Sammiti çərçivəsində Türkiyə
və Finlandiya ilə imzalanmış Üçtərəfli Memoranduma sadiqdir və
diqqəti onun həyata keçirilməsinə yönəldir.

Trend xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə
açıqlamasında İsveçin müdafiə naziri Pol Yonson deyib.

“Biz Türkiyə, İsveç və Finlandiya arasında imzalanmış üçtərəfli
memoranduma əməl etməyə davam edirik və səylərimizi onun həyata
keçirilməsinə yönəltmişik. NATO ilə hərbi razılaşmalarımız davam
edir. Bu təşəbbüslər çərçivəsində Türkiyənin Milli Müdafiə naziri
Hulusi Akarla görüş nəzərdə tutulsa da, görüş ləğv edilib. Biz
əvvəlki formatda danışıqların bərpasını səbirsizliklə gözləyirik”,
– deyə nazir bildirib.

Eyni zamanda, nazir tərəflərin “irəliləyiş əldə etdiyi” fikrini
ifadə edib. “Biz NATO-ya üzv olmaq istəyirik və bunun belə
olacağına inanırıq”, – P.Yonson bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir