
İtkin düşmüş məşhur aktyorun axtarışlarına yenidən başlanılıb
Bakı. Trend:
Kaliforniya polisi ştatın dağlıq rayonunda itkin düşmüş
britaniyalı aktyor Culian Sendsin axtarışlarına yenidən
başlayıb.
Trend-in məlumatına görə, polis aktyorun axtarışları üçün
helikopterlərin cəlb olunduğunu bildirib.
Yanvarın 13-də ailəsi tərəfindən itkin düşdüyü xəbər verilən
Sendsi tapmağa çalışan axtarış-xilasetmə briqadası əlverişsiz hava
şəraiti və uçqun təhlükəsi ilə əlaqədar olaraq axtarışları
dayandırmışdı.
65 yaşlı britaniyalı aktyor “Las-Veqası tərk edərkən” (1995),
“Ouşenin on üç dostu” (2007) filmlərində və “24 saat” (2001-2014),
“Dekster” (2006-2013), “Qotem” (2014-2019) seriallarında
çəkilib.