Könül Nurullayeva AŞPA-nın alt komitəsinin sədr müavini seçilib

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Avropa Şurası
Parlament Assambleyasının Gender bərabərliyi alt komitəsinin
iclasında sözügedən alt komitənin sədr müavini vəzifəsinə
seçilib.

Qeyd edək ki, Gender bərabərliyi alt komitəsi nifrət nitqi,
irqçilik və dözümsüzlük məsələləri ilə mübarizə məqsədilə
yaradılıb. “Cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair
innovativ yanaşmalar”, “Münaqişə ilə bağlı cinsi zorakılıq”,
“Qadınlara və qızlara qarşı gender əsaslı zorakılığın
dayandırılmasında kişi və oğlanların rolu”, “Evlilik əsarətinin
həlli yollarının tapılması” və “İqtisadiyyatda qadınlar: məşğulluq,
sahibkarlıq və gender büdcəsi” kimi məsələlər alt komitənin
gündəliyində olan mövzular sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir