Koreya Respublikasının ÜDM-si 2022-ci ildə 2,6% artıb

Bakı. Trend:

Koreya Respublikasının 2022-ci ildə real ÜDM artımı 2,6% təşkil
edib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Koreya Bankının
(ölkənin mərkəzi bankı – red.) hesabatında deyilir.

Hesabata əsasən, 2021-ci ildə Cənubi Koreya iqtisadiyyatı 4,1%
böyüyüb, 2020-ci ildə isə pandemiya səbəbindən 0,7% azalıb. Cari
artım tempi hakimiyyətin əvvəlki proqnozlarına geniş şəkildə
uyğundur. Bundan əlavə, 2022-ci ilin son rübündə real ÜDM əvvəlki
rüblə müqayisədə 0,4% azalıb.

2022-ci ildə ÜDM artımının nisbətən aşağı dəyərini ekspertlər
ixracın zəifləməsi və yarımötürücülər bazarındakı vəziyyətlə izah
edirlər. 2022-ci ildə Koreya Respublikasının ixracı 2,9%, 2021-ci
ildə isə xaricə tədarüklər 10,8% artıb. Çindəki epidemik vəziyyət
bu ölkə ilə ticarətə də mənfi təsir göstərib.

Cənubi Koreyada istehlak xərcləri 2022-ci ildə 4,4%, dövlət
xərcləri isə 4,2% artıb. 2021-ci ildə bu rəqəmlər müvafiq olaraq
3,7% və 5,6% olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir