“Meta” yaxın zamanda Trampın “Facebook” və “Instagram” hesablarını bərpa edəcək

Bakı. Trend:

“Meta” korporasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın
“Facebook” və “Instagram” hesablarını iki illik bloklanmadan sonra
yaxın həftələrdə bərpa edəcək.

Trend xəbər verir ki, bu barədə şirkətin qlobal məsələlər üzrə
prezidenti Nik Kleqqə istinadən “Axios” portalı məlumat yayıb.

Onun sözlərinə görə, D.Trampın hesabları dərhal bərpa
edilməyəcək, çünki tələb olunarsa gələcəkdə müəyyən mesajları və ya
reklam imkanlarını məhdudlaşdırmaq üçün lazım olan bəzi yeni
funksiyaları hazırlamaq məqsədilə texniki mütəxəssislər üçün vaxt
lazım olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir