
Nigeriyada partlayış baş verib, çox sayda ölən var
Bakı. Trend:
Nigeriyada güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə yerli polis idarəsinə istinadən
“France-Presse” agentliyi məlumat yayıb.
Məlumata əsasən, partlayış nəticəsində 27 nəfər həlak olub, bir
neçə nəfər isə xəsarət alıb.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.