Ötən il “Az” domenli informasiya resurslarına hücumların statistikası açıqlanıb

Bakı. Trend:

“CYBER ON” şirkəti tərəfindən aparılan monitorinqə əsasən
2022-ci il ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı
çox saylı kiberhücumlar nəticəsində 97 veb-resursa xaker müdaxiləsi
halının reallaşdırıldığı müəyyən olunub.

Trend-in məlumatına görə,
kiberhücumlar həyata keçirilmiş veb-resursların analizi göstərir
ki, onların 34%-ində informasiya resursunun düzgün və təhlükəsiz
kodlanmaması, 66%-də isə server sazlamalarının düzgün qurulmaması
onları xakerlərin hədəfinə çevirib.

Analizlər, eyni zamanda bu veb-resursların 8-inin təkrar-təkrar
hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqlarını aradan
qaldırmaq üçün lazımı tədbirləri görmədiyi faktını ortaya
çıxarıb.

Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə
statistikasına nəzər saldıqda onların 51%-nin ABŞ, 15%-nin
İngiltərə, 11%-nin Azərbaycan, 8%-nin Almaniya, 7%-nin Rusiya,
7%-nin Estoniya, 1%-nin isə Litvada saxlanıldığı (Hosting) müəyyən
olunub.

Kiberhücumların 66%-nin serverlərin boşluğundan istifadə
olunaraq həyata keçirilməsini nəzərə alaraq “CYBER ON” bir daha
“shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün
xəbərdar edir və təhlükəsiz informasiya ehtiyatlarına sahib olmaq
üçün proqramlaşdırma (Secure Coding), audit/pentest xidmətlərini
təklif edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir