
Ötən sutka ərzində 29 yanğına çıxış olub – FHN
Bakı. Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 2 halda
köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3
nəfər xilas edilib.