Pirşağı-Novxanı-Xırdalan yolunun tikintisi bərpa olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh
qəsəbəsi-Novxanı-Sumqayıt layihəsinin tərkib hissəsi olan
Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisinə
başlanılıb.

Agentlikdən Trend-ə verilən
məlumata görə, avtomobil yolu 1b texniki dərəcəyə uyğun olaraq inşa
edilir. Layihənin uzunluğu 28 km, yolun hərəkət hissəsinin eni 22.5
m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə
aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən,
texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə icra
olunur.

Yol boyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3
piyada keçidinin tikintisi nəzərdə tutulur.

Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki
yaşayış məntəqələrini Mərdəkan – Bilgəh – Novxanı – Sumqayıt
avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan -M4
avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı – Quba – Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal
istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla
Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi
qurmağa imkan verəcəkdir.

Bununla da paytaxt Bakıya 20 yanvar ərazisindən daxil olan
nəqliyyat vasitələrinin sayının təqribən 20-30% azalması nəzərdə
tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir