Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi bütöv bir regionun inkişafına töhfə verir

Bakı. Trend:

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun
inkişafına töhfə verir.

Trend-in məlumatına görə,
bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan
Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və
səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul
edərkən deyib.

Cənub Qaz Dəhlizinin ümumi maraq kəsb edən layihə olduğunu
bildirən dövlətimizin başçısı, həmçinin Yunanıstanın Azərbaycan
qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu
oynadığını vurğulayıb.

Qəbulda Azərbaycan Prezidenti Yunanıstan ilə Bolqarıstan
arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla
xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə
verməsinin əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında enerji ilə bərabər,
digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş
imkanların olduğunu diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir