Prezident İlham Əliyev: Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir

Bakı. Trend:

Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya
bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar
tamamilə yalan və cəfəngdir.

Trend-in məlumatına görə, bu
sözləri Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin
olunmuş səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən
söyləyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və
Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin
və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən
etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki
istiqamətdə keçidi təmin olunub.

Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı
yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin
bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin
vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir