Qar örtüyü çaylarda sululuğu artırır

Bakı. Trend:

Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində
toplanan qar ehtiyatları çaylarda gursululuq axımının
formalaşmasına mühüm təsir göstərir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev Trend-ə bildirib ki, bu ilin yanvar ayının
1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək
qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun
proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında
Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində
qarölçmə işləri aparılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir