Qubada narkotik qəbul edib yük avtomobili sürən şəxs həbs olundu

Bakı. Trend:

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü
saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən
məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Ford
Tranzit” markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol
hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları
tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları
tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına
dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri
altında olması sübuta yetirilib. B.Əskərovun barəsində
qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəməyə
göndərilib.

Quba rayon məhkəməsinin qərarına əsasən həmin şəxs 15 gün
müddətinə inzibati qaydada həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir