Sabahın hava proqnozu açqılanıb

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir
tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə çiskinli ehtimalı var. Gecə və səhər
arabir duman olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətindən
Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 1°
şaxtadan 2°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi
normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 %
olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və
səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11°
isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və
səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir