
Serbiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Bakı. Trend:
Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri
İvitsa Daçiç yanvarın 26-da Türkiyəyə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat
xidmətindən bildiriblər.
Məlumata əsasən, səfər Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun
dəvəti ilə baş tutacaq.
Bildirilir ki, danışıqlar çərçivəsində Türkiyə və Serbiyanın XİN
rəhbərləri ikitərəfli münasibətlərin aspektlərini və əməkdaşlığın
daha da gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə
edəcəklər.
Müzakirələrin gündəliyinə cari regional və beynəlxalq proseslər
də daxildir.