Sülhməramlılarına aid təminat avtomobili Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

Trend-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki,
toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət
etməsi təmin olunub.

Belə ki, bir yük maşını Xankəndidən Laçın, digəri isə əks
istiqamətə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə
baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 8-ə
çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir