
Tesla rekord gəlir əldə edib
Bakı. Trend:
Amerikanın elektroavtomobil istehsalçısı olan Tesla şirkəti
2022-ci ilin dördüncü rübünün yekunlarına əsasən rekord gəlir əldə
edib.
Trend xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü dərc
olunmuş press-relizində deyilir.
Korporasiyanın rüblük mədaxili 37% artaraq 24,3 milyard dollara
çatıb və bu Tesla tarixində ən yüksək göstəricidir. Ümumilikdə
2022-ci ilin yekunlarına əsasən, şirkətin xalis gəliri ikiqat
artaraq 12,6 milyard dollar təşkil edib, yəni mədaxil 51% artaraq
81,5 milyard dollara çatıb.
“Bizim bu il [2023] 2 milyon maşın istehsal etmək potensialımız
var, düşünürəm ki, bu həcmə yetərincə tələbat olacaq”, – şirkətin
sahibi İlon Mask CNBC telekanalında deyib.