Yevlax sakini avtomat satarkən yaxalandı (FOTO)

Bakı. Trend:

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirlərı nəticəsində odlu silah satmaqda
şübhəli bilinən rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə odlu silah satmaqda şübhəli bilinən rayon sakini
İlkin Əliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki torbaya
baxış keçirilərkən 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha
məxsus 1 ədəd sandıqça və 9 ədəd patron aşkar edilərək götürülüb.
Həmçinin onun üzərindən güclü təsiredici xassəyə malik narkotik
vasitə olan heroin də aşkar edilərək götürülüb. Dindirilmə zamanı
İ.Əliyev silahı rayon ərazisindən tapdığını və 2300 manat
müqabilində şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmaq
istədiyini bildirib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar
davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir