Anar Kərimov Ucarda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov
fevralın 14-də Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul
edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri
cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə
əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 3-9 fevral tarixlərində nazirliyə rəsmi şəkildə
([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət
edərək və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla
bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş
siyahısı əsasında qəbul ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir