
“App Store” və “Play Store”-dan “TikTok” silinə bilər
Bakı. Trend:
“TikTok” bir müddətdir ABŞ-ın milli təhlükəsizliyinə təhdid
yaratdığı əsası ilə müzakirə edilir.
Trend-in məlumatına görə, ABŞ senatoru Maykl Bennetə, “Apple”
şirkətinin rəhbəri Tim Kuk və “Google” baş direktoru Sundar Piçaya
ünvanladığı məktubda o, “Apple” və “Google”-dan “TikTok”-u tətbiq
mağazalarından “dərhal” silməyi tələb edib. Müvafiq olaraq,
“Tiktok” “App Store” və “Play Store”-dan qadağan edilə bilər.
Şirkətin geniş istifadəçi bazası və aqressiv məlumat toplama
siyasətinin ABŞ-ı bu qərara sövq etdiyi vurğulanır.
Ölkədə “TikTok”-u məhdudlaşdırmaq və qadağan etmək üçün əvvəllər
də müraciətlər olub. Bununla belə, Senatın Kəşfiyyat Komitəsinin
üzvü Bennet “TikTok”-un silinməsi ilə bağlı “Apple” və “Google” ilə
birbaşa əlaqə saxlayan ilk ABŞ hüquq-mühafizə orqanı olub.
Bu yaxınlarda “TikTok” əməkdaşlarının istifadəçi məlumatlarına
icazəsiz daxil olduğu və bu məlumatları sızdırdığı məlum olub.
Hadisəni etiraf edən “TikTok”-un əsas şirkəti ByteDance, onun
casusluq etdiyini anlayan dörd əməkdaşını işdən çıxardığını
açıqlayıb.