
bp AÇG-də qiymətləndirmə quyusunun qazılacağı tarixi açıqladı
Bakı. Trend:
bp Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli”
blokunda “dərin qaz” layihəsi üçün qiymətləndirmə quyusunun
qazılmasına fevralın 10-a qədər başlamağı planlayır.
Bu barədə bp Azərbaycandan Trend-ə məlumat verilib.
“Operativ işlər yanvarın 15-də başladılıb və təqribən 20 gün
davam edəcək, bu isə o deməkdir ki, quyunun qazılması fevralın
əvvəlinə planlaşdırılır”, – şirkət deyib.
Quyu “Çıraq” platformasında quraşdırılmış qazma qurğusunun
köməyilə qazılacaq, bp Azərbaycan bildirib.
Qeyd edək ki, A22z quyusu “Çıraq” platformasından mövcud A22
injektor quyusunun yan lüləsi olaraq qazılacaq. Bu quyu strukturun
cənub cinahı ərazisindəki dərin qaz laylarına çıxış əldə etməyə
imkan verəcək.
Ümumilikdə 4500 metr dərinlikdə quyunun qazılması
planlaşdırılır. Quyunun qazılması təqribən üç ay çəkəcək.
Azərbaycan Respublikasının Energetika Nazirliyindən verilən
məlumata görə, 2022-ci ilin yekunlarına əsasən
“Azəri-Çıraq-Günəşlİ” yatağındakı blokda 20,4 milyon ton neft hasil
olunub.
AÇG-də iştirak payı aşağıdakı kimidir: bp (30,37 faiz), SOCAR
(25 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), Equinor (7,27 faiz),
ExxonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGC
Videsh Limited (2,31 faiz).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin operatoru BP
Exploration (Caspian Sea) Limited şirkətidir.
Twitter: @Lyaman_Zeyn