DSMF-nin sərbəst vəsaitləri investisiyaya yönəldiləcək

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiya
kimi istifadə oluna biləcək.

Trend-in məlumatına görə, bu bununla bağlı “İşsizlikdən sığorta
haqqında” qanuna dəyişiklik təklif edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya
yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya
gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan
Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların
uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait,
investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti
büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi
keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir