Google əməkdaşları kütləvi ixtisarlara qarşı nümayiş keçiriblər

Bakı. Trend:

Amerikanın Google texnologiya şirkətinin əməkdaşları kütləvi
ixtisarlara qarşı etiraz əlaməti olaraq nümayiş keçiriblər. Nümayiş
iştirakçıları həmçinin əmək haqqının qaldırılmasını tələb
ediblər.

Trend-in məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər
verib.

Aksiyalar son iki gün ərzində şirkətin Kaliforniya ştatındakı
Mauntin-Vyu şəhərində yerləşən baş ofisində və Google şirkətinin
Nyu-York ofisinin qarşısında keçirilib. Həmçinin bu yaxında işdən
çıxarılmış min nəfər əməkdaşın xeyrinə çıxış edən nümayişçilərin
ümumi sayı qeyd olunmayıb. Çıxışlar Google şirkətinin
subpodratçları ilə yanaşı əməkdaşlarının da daxil olduğu Alphabet
Workers Union həmkarlar ittifaqı tərəfindən təşkil olunub.

Google şirkətinə sahiblik edən Alphabet korporasiyası bundan
əvvəl 12 min nəfər əməkdaşı işdən çıxarmaq barədə qərarı
açıqlamışdı. Həmçinin Amerikanın Goldman Sachs bankının da 3,2 min
iş yerini ixtisara salacağı və Microsoft korporasiyasının 2023-cü
ildə təqribən 10 min nəfər əməkdaşı ixtisara salmaq niyyəti
açıqlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir