
Kapital Bank-ın daxili ipotekası daha sərfəli oldu
Bakı. Trend:
Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə
endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev
almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka
krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin
ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda sərfəli şərt
olan bu təklifdən dərhal yararlanmaq mümkündür.
İpoteka kreditinin minimal məbləği 20 000, maksimal məbləği isə
500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir.
Minimal ilkin ödəniş 15%-dən başlayır. Daxili ipoteka kreditini
əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/
portalı vasitəsilə müraciət etməklə, əmək haqqı, təqaüd, həmçinin
sahibkarlıq və ya peşə fəaliyyəti üzrə gəlirləri olan şəxslər
sürətli şəkildə əldə edə bilərlər.
Kapital Bank-ın partnyor tikinti şirkətlərindən çıxarışsız
mənzillərlə yanaşı ilkin qeydiyyat sənədi olan mənzilləri də əldə
etmək mümkündür. Belə olan halda kreditləşmə çıxarışı olan
mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Müştərilər https://ipoteka.kapitalbank.az
saytında onlara düşəcək məbləği öncədən müraciət etməklə müəyyən
edə bilərlər, həmçinin digər bir müraciət vasitəsi olan (+994 50)
999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 114 filialı və 25 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti
sifarişi üçün – https://ipoteka.kapitalbank.az/,
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi
üçün – https://kbl.az/tkstcrd.