
Laçın yolundan sülhməramlılara məxsus 3 avtomobili keçib (FOTO)
Şuşa. Trend:
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın yolundan
keçib.
Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya
keçirilən ərazidən 2 yük və bir minik avtomobili Laçından
Xankəndinə maneəsiz keçid edib.
Bu gün daha əvvəl də 4 yük avtomobili Laçın yolundan keçib
edib.
Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı
qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə
vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini
tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz
aksiyası 54 gündür davam edir.