Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub

Bakı. Trend:

N hərbi hissəsində “Pilotsuz uçuş aparatlarının (PUA)
operator-pilot və texnik kursu”nu müvəffəqiyyətlə bitirən hərbi
qulluqçulara sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində
effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən
hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti
fəaliyyətlərində uğurlar arzulayıblar.

Bildirilib ki, kurs zamanı dinləyicilərə PUA-nın
sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və
kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib.
Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava
kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin
koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların
idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki
vərdişləri mənimsəyiblər.

Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş
əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla
keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir