
Prezident İlham Əliyev: Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq
Bakı. Trend:
Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir.
Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması
sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər
vacibdir.
Trend-in məlumatına görə, bu
fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl
Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında
çıxışında deyib.
“Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt
itirmədik. Cənub Qaz dəhlizinin icrasında müəyyən yubanmalar oldu.
Lakin bütövlükdə biz çalışdıq ki, onu mümkün qədər tez başa
çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında
danışırıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.