Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətini Fəxrəddin İsmayılova verib

Bakı. Trend:

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq
səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan
Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan
Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin
Nəcəf oğlu İsmayılova verilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası
adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa
Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova
verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş
göndərsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir