Prezident İlham Əliyev: Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı qonşu ölkələrə qaz təchizatının genişləndirilməsinə şərait yaradır

Bakı. Trend:

Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında
interkonnektorun açılışı oldu. Bu, təbii ki, Cənub Qaz Dəhlizi
layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər
verir.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın
3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə
başlamağa imkan verdiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz
təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait
yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir