Sumqayıtda oğul atasının evini qarət edib
Bakı. Trend:
Sumqayıtda oğul atasının evini qarət edib.
Daxili işlər nazirliyindən Trend-ə verilən məlumata görə,
Sumqayıt şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və
qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə
polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin
oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o,
saxlanılıb.
Araşdırma aparılır.