Universitet dekanı barədə cinayət işi başlanıb

Bakı. Trend:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz
əməlləri ifşa edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət
Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik
etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və
imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına
əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış
zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək
götürülüb.

Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi
başlanıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma
təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində
məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı
növündə qətimkan tədbiri seçilib.

Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər
davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir