Xəzər dənizində narkotik kisəsi aşkarlanıb

Bakı. Trend:

Fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi
gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər
dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11.4 mil
məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar
edilib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xərkəzindən
məlumat verilib.

Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik
vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir