Daha bir təxliyə avtobusu Türkiyədən Azərbaycana yola düşüb

Bakı. Trend:

Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ
bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.

Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat
Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu
təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə
məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir