
Türkiyə martın 1-dən sanksiyaya məruz qalan malların Rusiyaya tranzitinə qadağa qoyub
Bakı. Trend:
Türkiyə hakimiyyəti Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı
tətbiq etdiyi məhdudiyyətlərə uyğun olaraq martın 1-dən etibarən
sanksiyaya məruz qalan malların ölkə ərazisindən tranzitini
dayandırmağına dair qərar çıxarıb.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi adının
açıqlanmasını istəməyən yüksək rütbəli Türkiyə məmuruna istinadən
bildirib.
Agentlik əlavə təfərrüat verməyib, lakin qeyd edib ki, logistika
şirkətləri tranzitə yenidən icazə veriləcəyinə ümid edirlər və
həmçinin onun üçüncü ölkələr vasitəsilə həyata keçirilməsi
imkanlarını nəzərdən keçirirlər.