Türkiyənin Ali Seçki Şurası seçkilərin keçirilməsi ilə bağlı qərarı təsdiqləyib
Bakı. Trend:
Türkiyənin Ali Seçki Şurası ölkədə prezident və parlament
seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin
qərarını təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə məlumat “Resmi Gazete”də dərc
olunub.
Bildirilib ki, Türkiyə Konstitusiyayasına uyğun olaraq,
prezident seçkilərinin ikinci turunun keçiriləcəyi halda, seçki
günü mayın 28-nə təyin olunub.