Əfqanıstanda partlayış olub

Bakı. Trend:

Əfqanıstanda partlayış olub.

Trend-in məlumatına görə, partlayış bu gün Əfqanıstanın
şimalında Bəlx vilayətində yerləşən Məzari-Şərif şəhərinin
mədəniyyət mərkəzində baş verib.

Bu barədə Hasht-e Subh qəzeti yerli mənbələrə istinadən xəbər
verib.

Qəzetin məlumatına görə, partlayış yerli vaxtla saat 11:00-da
Məzari-Şərifdəki “Tabian” mədəniyyət mərkəzində baş verib.
Partlayış nəticəsində qurbanların olduğu, lakin dəqiq sayın hələ
məlum olmadığı bildirilir. Xəsarət alanlar arasında jurnalistlər də
var. Partlayışa nəyin səbəb olduğu qeyd edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir