Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Martın 10-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə
Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti
0,66 dollar ucuzlaşaraq 84,79 dollar olub.

Trend bu
barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər
verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light”
markalı neftin bir barelinin qiyməti 0,59 dollar ucuzlaşaraq 83,04
dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından
Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir
barelinin qiyməti əvvəlki göstəricidən 0,16 dollar ucuzlaşaraq
47,34 dollar olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
bir barelinin qiyməti martın 10-da 0,67 dollar ucuzlaşaraq 82,4
dollar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir